Biz qətiyyən bu halların baş verməsindən razı deyilik - AİB SƏDRİ DANIŞDI

12 May 2022 11:29 (UTC+04:00)

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi vaxtaşırı qidalarda test edir. Düşünürəm ki, bu yaxşı haldır. Belə araşdırmalar ölkəmizdə toxum və bitki sektorunun çirklənməsinin və qorxulu xəstəliklərə tutulmasının qarşısını almaq üçün mühüm addımdır”. Bu sözləri SİA-ya açıqlamasında Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, bəzi toxumlarda qonur-qırışıq virusu aşkarlanıb. Bitkinin yetişdirilməsinə və digər bitkilərin virusa yoluxması nöqteyi-nəzərdən təhlükəlidir. Maraqlı məsələlərdən biri də budur ki, həmin toxumlar Niderlanda “Monsarto” şirkətinə məxsusdur. Azad İstehlakçılar Birliyi dəfələrlə qeyd edib ki, “Monsarto” şirkəti dünyanın GMO məhsullarını ixrac edən bir şirkətdir. Çox yaxşı olar ki, Qida Təhlükəsizliyi Agentliyi həmin toxumların genetik motifikasiya olunmuş orqanizmlər nöqteyi-nəzərindən də analiz etsin. Baxmayaraq ki, ölkədə bir neçə dənə laboratoriyalar fəaliyyət göstərir. Lakin bu laboratoriyalar partizan kimi susurlar. Fikrimcə, paralel olaraq həmin toxumların genetik motifikasiya olunmuş parametrləri araşdırılmalıdır. Çünki bir mənalı şəkildə “Monsarto” şirkəti dünyaya GMO toxumları ixrac edir. Azad İstehlakçılar Birliyi olaraq biz qətiyyən bu halların baş verməsindən razı deyilik. Azərbaycanda becərilən bir çox malların, o cümlədən qarpızların toxumundan kəndçi toxum götürüb gələn il üçün əkə bilmir. Misal olaraq qarpız toxumunun bir kiloqramı 3 min manata gəlib çıxır”.