Şimali Koreyada ilk koronavirusa yoluxma halı aşkarlanıb

12 May 2022 10:46 (UTC+04:00)

Kim Çen İnin rəhbərlik etdiyi Şimali Koreya dünyanın ən qapalı ölkələrindən biri hesab olunur. SİA xarici mətbuata istinadən xəbər verir ki, ölkə son vaxtlar koronavirusun görülmədiyi yeganə ölkə olduğu iddiası ilə gündəmə gəlib. Ölkədən bu barədə bir etiraf gəlib.

Şimali Koreya pandemiyanın başlanmasından təxminən 2,5 il sonra ilk koronavirus hadisəsini açıqlayıb. Koreyanın dövlətə bağlı Mərkəzi Xəbər Agentliyi lider Kim Çen İnin rəhbərliyi altında böhran iclasının keçirildiyini açıqlayıb.

Hadisələr "ciddi bir milli fövqəladə hal" olaraq xarakterizə edilsə də, ölkədə virusa nəzarət sistemi tətbiq ediləcəyi bildirilib.

Daha sərt karantin tədbirlərinin həyata keçiriləcəyinə işarə edən Kim Çen İn xalqın yüksək siyasi şüuru sayəsində fövqəladə vəziyyətin öhdəsindən mütləq gələcəklərini bildirib və fövqəladə karantin layihəsində qalib gələcəklərini açıqlayıb.