Rusiyaya qarşı daha bir qanun layihəsi

12 May 2022 02:36 (UTC+04:00)

ABŞ Konqresinin Nümayəndələr Palatası qanun layihəsi qəbul edib. Bu qanun Amerika rəsmilərini Rusiya rəsmilərinin bir sıra beynəlxalq təşkilatların işi ilə bağlı tədbirlərdə iştirakının qarşısını almağa dəvət edir.

SİA bu barədə “TASS”a istinad edir.

Təşəbbüsü 416 konqresmen dəstəkləyib, ikisi isə əleyhinə çıxıb. O, Rusiyaya qarşı Ukraynada xüsusi əməliyyat keçirdiyinə görə Moskvaya qarşı müxtəlif sanksiyaların tətbiqini nəzərdə tutan digər qanun layihələri paketi ilə birlikdə nəzərdən keçirilib.

Amerikalı siyasətçilər ABŞ hakimiyyətini Rusiya rəsmilərinin görüş və tədbirlərdə iştirakdan maksimum dərəcədə kənarlaşdırılmasına nail olmağa çağırıblar.

Təşəbbüs həmçinin, ABŞ-ın maliyyə naziri, ABŞ Federal Ehtiyat Sisteminin rəhbərliyi, həmçinin Qiymətli Kağızlar və Birjalar üzrə Federal Komissiyası müvafiq tədbirlərə də şamil edilməsini nəzərdə tutur.

Ağasəf Babayev