DGK-nın Tibbi Xidmət İdarəsinin rəis müavinləri tədbirdə iştirak edib

11 May 2022 13:37 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavinləri Şahlar Mirqasım, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev və Tibbi Xidmət İdarəsinin Sanitar-Karantin Xidmətinin rəisi Məhərrəm Nəbiyev 10 may 2022-ci il tarixində Ümumdünya Səhiyyə Təşkilatının təşkil etdiyi “Azərbaycanda COVİD-19 pandemiyası ilə mübarizə təhlili” adlı tədbirdə iştirak ediblər. SİA xəbər verir ki, təbdirdə beynəlxalq ekspertlərin iştirakı ilə Azərbaycanda COVİD-19 pandemiyası ilə mübarizənin təhlili, cavab tədbirlərinin icmalı, pandemiya zamanı qurumlar arası koordinasiya, planlaşdırma və monitorinq, COVİD-19-a qarşı cavab tədbirlərinin təkmilləşdirilməsi, o cümlədən gələcəkdə epidemiyalara hazırlıq və digər məsələlərin geniş müzakirələri aparılıb.

Qeyd edək ki, tədbir may ayının 14-nə qədər davam edəcək.