İnsanlar Heydər Əliyev Fondunun fəaliyyətinə çox yüksək qiymət verir - ŞƏRH EDİLDİ

11 May 2022 12:55 (UTC+04:00)

“Heydər Əliyev Fondu tək Azərbaycanda yox, bütün dünyada ən tanınmış humanitar Fondlardan biridir. Avropanın bir neçə ölkələrində, o cümlədən Vatikanda, Asiya ölkələrində humanist addımlar atılmış, tarixi abidələr bərpa olunmuşdu. Bu Azərbaycanın humanist, mədəni və multikultural addımı idi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Qarabağda, yəni işğaldan azad olunmuş torpaqlarda böyük işlər gedir: “Düşünürəm ki, bunlar tarixə yazılacaq işlərdir. Bundan sonra əsrlər keçəcək, amma insanların hamısının yadında qalacaq. Bu çox bəyənilən təşəbbüsdür”.

Deputat sözlərinə belə davam edib: “Bəşəriyyətin tarixində iz qoyan belə addımlar barəsində həmişə çox müsbət fikirdəyəm. Azərbaycanda və kənarda yaşayan minlərlə insan Heydər Əliyev Fondunun fəaliyyətinə çox yüksək qiymət verirlər”.

Ayşən Vəli