"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli sərəncamı ilə 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilmiş və bunla bağlı Respublikamızda çoxsaylı tədbirlər həyata keçirilir. “Şuşa İli” nin ilk böyük tədbiri “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçiriləcəyi tarix dəqiqləşib. Böyük əhəmiyyətə malik bu Festivalın 12-14 may tarixində keçiriləcəyi nəzərdə tutulur. Tədbir Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatşılığı ilə baş tutacaq". Bu sözləri SİA-ya açıqlamasında deputat Rauf Əliyev deyib.
Onun sözlərinə görə, keçən il 12-13 may tarixində Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, Cıdır düzündə Azəraycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Heydər Əliyev Fondunun təçkil etdiyi Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülübül” musiqi festivalının keçirilməsi mühüm siyasi və mədəniyyət hadisəsi olmaqla Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirmişdir: "30 illik fasilədən sonra 2021-ci ilin 12-13 may tarixində birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması böyük əhəmiyyətə malikdir və 44 günlük Vətən müharibəsində qazanılmış Böyük Zəfərin mədəniyyət sahəsində davamıdır".
Deputat sözlərinə belə davam edib: "Vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayırlar. 44 gün ərzində torpaqlarımızın işğaldan azad olması üçün aparılan Vətən müharibəsində Azərbaycanda yaşayan bütün etnik və dini icmaların nümayəndələri vahid amal, vahid bayraq altında birləşərək çiyin-çiyinə döyüşməklə bir daha sübut etdilər ki, Azərbaycanda bütün xalqlar dost və qardaşdırlar. Heç bir qüvvə bu dostluğu və qardaşlığı poza bilməz.
“Xarıbülbül” festivalında ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış etdərək bir daha Azərbaycandan- Şuşadan bütün dünyaya mesaj verərək bildirdilər ki, Azərbaycanda bütün xalqların və dini icmaların nümayəndələri dostluq, qardaşlıq, həmrəylik çəraitində yaşayırlar və bu cür yaşamaq və inkişaf etmək lazımdır. Ancaq çoxkonfesiyalı, çoxmillətli ölkələrdə, inkişaf, birlik, milli həmrəyik olur. Azərbaycan belə nadir ölkələrdən biridir və bu gün həm ölkə daxilində, həm də beynəlxalq aləmdə, multikulturalizmi, müxtəlif xalqların birgəyaşayışını təbliğ edir və bunun mümkünlüyünü bir daha əldə etdiyi uğurları ilə göstərir.
Əldə olunan bu uğurlar Azərbaycanda əsrlərlə mövcud olmuş tolerant mühitin, multikulturalizm ənənələrinin qorunub inkişaf etdirilməsində cənab Prezident İlham Əliyevin hakimiyyəti illərində bu qədər diqqət ayrılmasının nə qədər düzgün siyasət olmasını sübut etdi. Vətən Müharibəsindəki Qələbədə Azərbaycanda mövcud olan bütün icmaların payı və töhfəsi vardır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin tövsiyəsi ilə keçirilən “Xarıbülübül” festivalı həm də Azərbaycan multikulturalizm ənənələrinin simvoluna çevrildi. Keçən il Heydər Əliyev Fondunun təşəbbüsü bu festivalda Azərbaycanda yaşayan xalqlar öz istedadlarını nümayiş etdirmişlər. Bu ilki festivalda eyni zamanda Azərbaycanda yaşayan xalqlarla bərabər iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən folklor kollektivləri dəvət edilmişdir. Azərbaycanın “Mədəniyyət paytaxtı”, TÜRKSOY un 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan etdiyi Şuşada keçiriləcək “Xarıbülbül” Beynılxalq Folklor Festivalı mühüm siyasi və mədəniyyət hadisəsidir".
Ayşən Vəli