Reza Deqati Şuşadakı Beynəlxalq Kulinariya Festivalından fotolar paylaşıb

11 May 2022 08:00 (UTC+04:00)

Dünyaşöhrətli fotoqraf Reza Deqati rəsmi instaqram səhifəsində Azərbaycanın dilbər guşəsi Şuşada keçirilən Beynəlxalq Kulinariya Festivalından fotolar paylaşıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Reza Deqati paylaşımında yazıb: “Ermənistan silahlı qüvvələri tərəfindən 30 illik işğaldan və dağıntılardan sonra Qarabağda, Şuşada həyat yenidən canlanır. Fransa da Beynəlxalq Kulinariya Festivalında iştirak etdi”.