Avtomobil istehsalçısı “Toyota” ehtiyat hissələri çatışmazlığı səbəbindən Yaponiyadakı səkkiz zavodunun işini müvəqqəti dayandırdığını elan edib. “Kyodo” agentliyinin məlumatına görə, bu vəziyyət COVID-19-un yayılması ilə əlaqədar aprelin 28-də Şanxayda tətbiq edilən karantin səbəbindən yaranıb.
SİA bu barədə “rambler”ə istinad edir.
“Kyodo”nun məlumatına görə, Yaponiyanın səkkiz fabrikində 14 xətt mayın 16-dan mayın 21-dək dayandırılacaq. Bunun 30 min avtomobilin istehsalına təsir edəcəyi qeyd edilir.
Avtomobil istehsalçısı may ayında dünya üzrə 750 min avtomobil istehsal etməyi planlaşdırırdı. İndi bu rəqəm 700 minə enəcək.
Aprelin ortalarında “Nikkei Asia”, Yaponiya avtomobil istehsalçısı “Toyota Motor”un may ayında qlobal istehsalı 10 faiz azaltmağı planlaşdırdığını bildirib. Qərar Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyat nəticəsində tədarük zəncirindəki pozulma, habelə Çində yeni koronavirus epidemiyası ilə əlaqədar olub.
Ağasəf Babayev