"Heydər Əliyevi bir cümlə ilə xarakterizə etmək olsaydı, mən yalnız "öyrənmək" sözünü deyərdim". SİA xəbər verir ki, bu sözləri "Ulu Öndər Heydər Əliyev və Azərbaycanın xarici siyasəti" adlı dəyirmi masada millət vəkili Zahid Oruc deyib.
Zahid Oruc qeyd edib ki, bu yaxınlarda cənab Prezident XTQ-nin 23 illiyində çox əhəmiyyətli sözlər səsləndirdi: "Bunlar arasında Heydər Əliyev haqqında deyilən ən mühüm fikir "Heydər Əliyevin elə özü də Xüsusi Təyinatlı idi" oldu. Heydər Əliyev haqqında heç vaxt bitkin fikir söyləmək mümkün deyil. Xalqın da Ulu Öndərə qarşı münasibəti əvvəl necə olubsa, indi də elədir. 30 il bundan sonra da hakimiyyətdə onun soyadı olmasa belə Heydər Əliyevə qarşı münasibət heç vaxt dəyişməyəcək. Heydər Əliyev sübut etdi ki, iki dövrün qəhrəmanı olmaq mümkündür: "Sovet dövründən sonrakı zamanda çox az insana bu nəsib olub.
Heydər Əliyev siyasi xətti deyilən bir fikri mütləq nəzərə çatdırmaq lazımdır. Onun siyasi xətti nə vaxt qırılsa, deməli Azərbaycanın siyasi xətti də həmin anda qırıldı deməkdir. Lakin Heydər Əliyev yalnız hökumət adamı deyildi, eyni zamanda sadə xalqın lideri idi".