“Xüsusilə son günlər Rusiya-Ukrayna müharibəsi daha da dağıdıcı xarakter alıb. Rusiya Ukrayna şəhərlərini aviasiya və qanadlı raketlərlə bobardman edir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Elşad Həsənov bildirib.
Onun sözlərinə görə, bu müharibə olduqca azğın bir xarakter alıb: “Çünki Putin əvvəl verdiyi sözü yerinə yetirə bilmədi. Qısa müddətdə müharibəni həll edə bilmədi. Ukraynanın silahsızlaşdırılması ilə bağlı verdiyi bəyanatları həyata keçirə bilmədi. Buna görə də onun son vaxtlar apardığı əsas müharibə Donetsk, Luqanskdadır.
Bildiyimiz kimi müharibənin üstünlüyü ərazi baxımından Ukraynada getsə də, onların böyük motivasiyası olduğuna görə öz torpaqlarını yağı düşməndən azad etmək üçün onlar yorulmadan, gecə-gündüz çalışırlar. Onlarda böyük bir motivasiya müşahidə olunur. Bura gələn rus əsgərlərinin çox ürəksiz gəlir, döyüşmək istəmirlər. Bir də fikir versəniz, döyüşən rusların böyük əksəriyyətində digər millətlərə məxsusdurlar. Bu da olduqca diqqət çəkir.
Amerika nümayəndələr palatası artıq danışılan qanunu qəbul etdilər. Bu qanun prezident tərəfindən təstiqlənməsi də, qanun artıq hərəkətə keçib. Hazırda bütün tərəqqipərvər bəşəriyyətin qələbəsi qaçınılmazdır. Hazırda dünya savaş meydanı Ukraynadadır. Düzdür ukraynanalılar ölür, şəhərlər yandırılaraq, dağdılır. Amma bu dünyanın tərəqqipərvər ölkələri rus şovunizmindən, rus hegomonluğundan qurtarmaq üçün tam olaraq mübarizəyə keçiblər. Tam olaraq, bu sanksiyalara Yaponiya, Cənubi Koreya kimi ölkələr də qoşulublar.
Hazırda Ukrayna ərazisində başqa dövlətlərin vətəndaşları da vuruşurlar. Onları dövlət rəsmi olaraq, hərbçi kimi göndərmirlər. Sadəcə bu şəxslər öz istəkləri ilə, könüllü olaraq bu müharibədə iştirak edirlər.
Rusiyada bu gün diktatura rejimi olduqca güclüdür. Bu sözü işlədənlərin də hər birinə uzunmüddətli həbs cəzası verilir. Rusiyanın bu gün üzdə olan ziyalıları əksəriyyəti ölkəni tərk ediblər. Putin hazırda olduqca pis vəziyyətdədir.
Bütün bu vəziyyətə baxdıqda düşünürəm ki, müharibə hələ uzun müddət davam edəcək”.