"Avroviziya-2022"də milli şərhçimiz Murad Arif Turindən maraqlı paylaşım edib. SİA xəbər verir ki, Murad Arif Azərbaycan təmsilçisi olan Nadir Rüstəmli ilə Maltadan olan Emma Muscatın videosunu paylaşıb.
Müğənni, "Avroviziya" müsabiqəsinin açılışında onların baxışdıqlarını qeyd edərək, “Siz bir görəydiniz bu ikisi bütün axşam necə baxışırdılar. Axırda qızın ürəyi dözmədi, jurnalist mikrofonunu aldı və Nadirə yaxınlaşdı. Hazırlaşın, Maltadan Salyana gəlin gəlir”,- deyə bildirib.