Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü Tehranda qeyd olunub - FOTOLAR

10 May 2022 14:08 (UTC+04:00)

Mayın 10-da Azərbaycan Respublikasının İrandakı səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olunub. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyin kollektivi Ulu öndərin əziz xatirəsini yad edib, büstü önünə gül dəstəsi qoyublar.

Sonra tədbir ağacəkmə ilə davam etdirilib. Səfirliyimizin əməkdaşları səfirliyin həyətinə dekorativ ağaclar və gül kolları əkiblər, səfirliyin həyatyanı sahəsində olan bitkilərə qulluq göstərib və su veriblər.