Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günüdür. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu münasibətlə səhiyyə naziri Teymur Musayev və nazirliyin kollegiya üzvləri Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.