Rəşad Dağlıya qarşı dələduzluq halları baş verib

10 May 2022 11:09 (UTC+04:00)

Məşhur meyxanaçı Rəşad Dağlının adından saxta "Tiktok" hesabları açılıb. SİA xəbər verir ki, "İnstaqram" profilindən bu barədə məlumat yayan R. Dağlı qeyd edib ki, naməlum şəxslər onun adından profillər açaraq pul qazanıblar.

Meyxanaçı, “Salam əziz izləyicilərim. Adımızdan bir neçə "Tiktok" səhifəsi açılıb. Bəziləri fan səhifə olsa da, bəziləri canlı yayım açıb, şəkilimdən istifadə edib izləyiciləri aldadırlar. Mənim TikTok profilim yoxdur. Belə saxta profillərə aldanmayın”,- deyə izləyicilərinə müraciət edib.