Dövlət Komitəsi Ümummilli liderin ad günü ilə bağlı videoreportaj hazırlayıb

10 May 2022 11:07 (UTC+04:00)

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsində vaxtilə onunla şəxsən görüşüb həmsöhbət olan keçmiş məcburi köçkünlərin müsahibələrindən ibarət videoçarx hazırlayıb. SİA xəbər verir ki, videoçarx Dövlət Komitəsinin rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında paylaşılıb.