Ölüm qorxuludur deyirlər.
Yalandırmı,doğrudurmu,
Bilmirəm .
Amma onu bilirəm ki,
Mən ölümdən qorxmuram.
Qorxuram
Dünyada baş verən
Müharibələrdən,
İşğallardan,
Gunahsız tökülən qanlardan,
Gələn şəhid xəbərindən,
Baş verən qəzalardan ,intiharlardan,
Dünyanı cənginə alan bəlalardan.
Təmənnalı salamlardan,
Yalanlardan,
Şər-böhtanlardan.
Xəbər tutub,
Səksənib ,vahimələnib,
Yanıb ,yanıb yaxılıb,
İçin -için ağlayıb, sızlayıb,
Yüz dəfə ölüb dirilməkdənsə,
Dünyayabir dəfə gəldiyin kimi,
Tanrının əmri ilə
Bir dəfə ölmək
Daha gözəl deyilmi?
Ölüm qorxuludu deyirlər.
Doğrudurmu,yalandırmı,
Bilmirəm.
Ancaq onu bilrəm ki,ölüm
Gözlə qaş arasındadır.
Ölüm nədir?
Çağrılmamış qonaqdır.
Nə günü bəlli olar ,
Nə saatı ,nə dəqiqəsi.
Günün istənilən vaxtı gələr.
Günün istənilən fəsli gələr.
Nə qışa baxar,nə yaza,
Nə qarabaxar,nə yağışa.
Nə qapının zəngin çalar,
Nə qapını döyər.
Qəfil gələr.
Nə səhəri bilinər,nə axşamı.
Nə vaxtı bəlli olar,
Nə vədəsi.
Dəvət almadan ,təklif gözləmədən,
Keçər yuxarı başa.
Gələndə nə qara gözə baxar,nə qara qaşa.
Nə də cavan ,qoca deyib , yaşa.
Qonaqdı axı.
Çağrılmamış qonaq.
Heç bir ev qonaqsız olmasın ,
Belə deyib atalar.
Bu qonaq o deyilən qonaqdan olmaz.
Bütün gələn qonaqlardan fərqlənər.
Hər evə gələr.
Neçə dəfə gələr,nə vaxt gələr,
Özü seçər,özü bilər.
Hər evə baş çəkər.
Heç bir evdən yan keçməz.
Nə vaxt gələcyini özü seçər.
Qəfil çagrılmamış qonaq
Əliboşgəlməz.
Bu gələn qonaq özüylə
Nə sevinc gətirər ,nə şənlik .
Səni elə həyacanlandırar ki ,
Bu gələn qonağa nə xoş gəldin deyərsən,
Nə də süfrə açarsan.
Yaman təşvişə düşərsən.
Qüssə,kədərlə,
Göz yaşıyla qarşılayarsan bu qonağı.
Ağlayıb,üsyan etsən də,
İçində gizlıncə
Tanrının məsləhətidir,deyərsən.
Tələsdirər ,vaxtım yoxdu deyər.
Bu dünyadan özünlə aparacağın payı uzadar sənə.
Bu gələn qonağın sənə
O dünyaya aparacağın tək şey
Ölüm payı -
Bir neçə arşınlıq ağ .
Əyninə geyindiklərin ,
Üstünə taxdıqların ,
Yığıb topladıqların
Lazımsız əşya kimi qalar evin bir küncündə.
Sənə ancaq bir pay düşər.
Bu pay dümmağ qar kimi,
Təmiz ,pak,ləkəsiz ay kimi.
Bu geyimdə
Bütün günahlardan,
Yalanlardan ,
Haqsızlıqlardan uzaq olarsan.
Bu pak ,təmiz ,ləkəsiz ağ geyimdə
Fərqli olarsan
Ətrafına yığışanlardan
Bir sən fərqlənərsən.
Sən ağ libasda,
Onlar müxtəlif qaralibasda.
Sənağ geyimdə
Öz əməllərinlə
Köçərsən bu dünyadan
Əbədi dünyaya.
Haqq dünyasına.
Əzizlərin,sevdiklərin, doğmaların
Allah bilir necə olacaq
Səndən sonra bu müvəqqəti dünyada.
Sən bir can borcun verib gedərsən
Tanrı dərgahına .
Onlarsa sənə
Üç ,yeddi, qırx, il borcunu verməklə
Təsəlli taparlar.
Sənə ya heykəl ,yada ki, baş daşı ucaldarlar.
Bilmirəm nə ad verim.
Yas mərasimi deyim,
Yaxud yas qonaqlığı .
Çeşid- çeşid yeməklər,
ləziz şiriniyyatlar ,
Halvalar,qoğallar,
Noğullar,nabatlar,
Daha nələr,daha nələr
Düzülər süfrəyə.
Əlbəttə, hamısı qoyularyeməyə.
Kimi yeyər,
Kimi baxar,
Kimi sıxılar ,
Kimisi fikrə dalar,
Kimisi bu dünyanın fani olduğunu anlayar,
Kimisi için –için ağlayar,
Kimisi söhbət edər,
Kimisi də
Ürpənər
Bu borclardan,
Bu boş xərclərdən
Mənim kimi.
Mən bunların heç birini istəmirəm.
Dəfn olunmaq istəyirəm
Sakit, gözəl bir məkanda.
Şəkilsiz, heykəlsiz.
Sinə daşsız.
Sinəm üstə gül -cicəklər.
Bir də ,bir də
Baş daşımda
İki sətir yazı-
Bu dunyadan ayrıldı,
O dünyada əzizlərinə qovuşmaq üçün .
Müvəqqəti dünyaya əlvida dedi,
Əbədi dünyada köç salmaq üçün.
Bakı Avrasiya Kolleci,Tədris Şöbəsinin müdiri
Ofelya Abbasova fil.ü.f.d.