Ötən mart ayında Cənubi Koreyada keçirilən prezident seçkilərində qalib gələn Yoon Suk Yeolun bu gün Seulda keçirilən mərasimdə and içib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Koreya yarımadasındakı təhlükəsizlik mühitinə geniş yer verən Yoon Milli Assambleya binasındakı çıxışında, “Bu gün mənə güvənməyinizin verdiyi məsuliyyəti ilə qarşınızdayam. Şimali Koreya ilə dialoqumuz təhdidləri sülh yolu ilə aradan qaldırmaq üçün çox əhəmiyyətlidir", deyib.
Şimali Koreyanın nüvə proqramının təkcə Cənubi Koreya və Şimal-Şərqi Asiyanın təhlükəsizliyinə deyil, beynəlxalq ictimaiyyətin təhlükəsizliyinə də təhdid olduğuna diqqət çəkən Yoon “Bu təhlükəni sülh yolu ilə aradan qaldırmaq üçün dialoqları davam etdirəcəyik. Yarımadada və onun hüdudlarından kənarda davamlı sülh və firavanlığa töhfə verəcəyini vurğulayaraq, "Biz Şimali Koreya iqtisadiyyatını böyük ölçüdə gücləndirəcək və onun həyat keyfiyyətini yaxşılaşdıracaq bir plan təqdim etmək üçün beynəlxalq ictimaiyyətlə işləməyə hazırıq" deyib.