Qanun naminə-Heydər Əliyev salnaməsi” sənədli filmində Ulu öndərin prokurorluğa olan mütəmadi dəstəyi, fenomenal Şəxsiyyətin rəhbərliyi ilə həyata keçirilmiş islahatlar, görkəmli dövlət xadiminin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı barədə məlumatlar, o cümlədən prokurorluğun veteran əməkdaşlarının xatirələri yer alıb. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, filmin təqdimatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbirdə baş tutub.
Təqdimat zamanı filmin yaradıcı heyəti iştirak edib.
Filmi mayın 10-da saat 23:00-da Xəzər TV-də izləyə bilərsiniz.
Aparıcı - Azərbaycan Respublikasının xalq artisti Nürəddin Mehdixanlı
Yaradıcı heyət :
Kamran Əliyev-İdeya müəllifi
Heydər Məmmədov-Məsul redaktor
Kənan Zeynalov-Redaktor
Bəhruz Əliyev-Quruluşcu rejissor