İbrahim Efendiyev dünyasını dəyişib

9 May 2022 13:34 (UTC+04:00)

Azərbaycan idman ictimaiyyətinə itki üz verib. SİA xəbər verir ki, uzun illər Azərbaycan Stolüstü tennis Federasiyasında müxtəlif vəzifələrdə çalışmış İbrahim Efendiyev 90 yaşında dünyasını dəyişib. Mərhum idman mütəxəssisi 2005- 2014-cü illərdə federasiyanın baş katibi, 2014- 2019-cu illərdə isə federasiya prezidentinin müşaviri vəzifələrini yerinə yetirib.

Azərbaycan Stolüstü Tennis Federasiyası İbrahim Efendiyevin ölümündən təsirləndiyini bildirir, ailə üzvlərinə və yaxınlarına dərin hüznlə səbr diləyir.

Allah rəhmət eləsin!