Tətildə olan 3 turist ölü tapılıb

9 May 2022 10:45 (UTC+04:00)

Karib dənizinin Baham adalarında yerləşən qəsəbəsində üç amerikalı turist ölü tapılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, nasaz kondisionerin zəhərli qaz buraxmış olduğu ehtimal edilir. Hadisədə 2 kişi və 1 qadın həyatını itirib. Digər qadın isə təcili yardım helikoperi ilə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.