35 dollara aldığı heykəl antik Roma büstü çıxdı

9 May 2022 00:09 (UTC+04:00)

ABŞ-da bir qadının 35 dollara aldığı heykəl 2000 illik əvəzsiz antik Roma büstü çıxdı.

SİA-nın əldə etdiyi məlumata görə, Texas ştatında Laura Yanq adlı bir qadın 4 il əvvəl sadəcə qədim görünüşünə görə bəyəndiyi bir heykəli almışdı. O, 2018-ci ildə 35 dollara aldığı bu heykəli araşdırmağa aparanda təəccüblənib: heykəlin 2000 illik Roma büstü olduğu ortaya çıxıb.

L.Yanq əsəri açıqlanmayan bir məbləğə Texasdakı San Antonio İncəsənət Muzeyinə satıb.