Dövlət İmtahan Mərkəzi mayın 15-də “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin ikinci mərhələsini (test imtahanı) keçirəcək. Bu barədə SİA-ya Mərkəzdən məlumat verilib. Bildirilib ki, tələbələr imtahana buraxılış vərəqəsini linkdən çap edə bilərlər.
Tələbələr imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli.