Mən ilk baxışdan sevgiyə inanmıram

6 May 2022 13:01 (UTC+04:00)

Bu gün ekranlara çıxan “Çağırsan Aşk Gelir” türk filminin ötən gün ön nümayişi baş tutub. SİA xarici mətbuata istinadən xəbər verir ki, filmin baş rollarında türk aktyor Keremcem və aktrisa Melis Babadağ çəkilib.

Heyətdə olan Deniz İşin “Sevgi yoxdur, iş var. Nə olursa olsun, eşq axtarıram deyə bilmərəm. Mən ilk baxışdan sevgiyə inanmıram. Həmçinin, qısqanc adam deyiləm. Sevdiyim insan öpüşmə səhnəsində iştirak etdiyi üçün pis olmaram" deyib.

Ayşən Vəli