Türkiyənin bir çox məşhur müğənniləri may ayından etibarən Azərbaycanda konsert verməyə başlayacaq. SİA xəbər verir ki, hətta eyni gündə bir neçə sənətçi fərqli salonlarda səhnəyə çıxacaq. Belə ki, 21 may tarixində Murad Boz, Gökhan Türkmen və Emre Aydın azərbaycanlı sevənlərin qarşısında çıxış edəcək.
Murad Boz Bakı Konqres Mərkəzi, Emre Aydın "Elektra Hall"da, Gökhan Türkmen isə Heydər Əliyev Sarayında səhnəyə çıxacaq.