"Hamiləlikdə genital və ekstragenital xəstəliklər" mövzusunda Beynəlxalq Elmi Konqresin rəsmi hissəsinin videosu

6 May 2022 12:07 (UTC+04:00)

5 may 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, eləcə də “EGİS Pharmaceuticals PLC”, “Eva Farm” və “Gedeon Richter” şirkətlərinin əməkdaşlığı ilə 5 may Beynəlxalq mama gününə həsr edilmiş "Hamiləlikdə genital və ekstragenital xəstəliklər" mövzusunda Beynəlxalq Elmi Konqresi keçirilib."Hamiləlikdə genital və ekstragenital xəstəliklər" mövzusunda Beynəlxalq Elmi Konqresinin rəsmi hissəsi Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi üzərindən yayımlanıb. Rəsmi hissənin canlı yayımının linkini Sizə təqdim edirik:

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayan konqresdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, əməkdar həkim Ceyhun Məmmədov açılış nitqi ilə çıxış edərək konqres iştirakçılarını salamlayıb. O, ana-uşaq sağlamlığının qorunması istiqamətində ölkəmizdə təqdirəlayiq addımların atıldığını qeyd edib və bu məsələnin həmişə ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu vurğulayıb. C.Məmmədov deyib: “Azərbaycan Respublikası Prezidenti möhtərəm cənab İlham Əliyev və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyeva bu mühüm sahəni daim öz şəxsi nəzarətlərində saxlayırlar. Son illərdə Respublikada həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda bu sahədə tibbi xidmətlərin keyfiyyəti xeyli yüksəldilmiş, diridoğulmanın beynəlxalq meyarları müvəffəqiyyətlə tətbiq edilmiş, mamalıq-ginekologiya üzrə kadr potensiyalı əhəmiyyətli dərəcədə gücləndirilmişdir.” https://www.youtube.com/watch?v=7nXjmz5wtDA&t=4s

Ana-uşaq sağlamlığının qorunmasında və doğuşaqədər xidmətlərin təşkilində mamaların xüsusi rola malik olduğunu qeyd edən C.Məmmədov mamalar və həkim-mama-ginekoloqların əlaqələşdirilmiş işinin bu sahədə mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, çıxışının sonunda bütün iştirakçılara uğurlar arzu edərək konqresin işini açıq elan edib.

Bir çox dövlət qurumlarının və beynəlxalq təşkilatların rəsmi nümayəndələrinin, eləcə də Bakı şəhərinin və regionların dövlət və özəl tibb müəssisələrində çalışan həkim və mamaların iştirak etdiyi konqresin açılış hissəsində eyni zamanda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova, Səhiyyə nazirinin müavini İlqar Qasımov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, əməkdar həkim, Rəşad Mahmudov, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu PHŞ-nin direktoru, professor Cəmilə Qurbanova və Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunun mama-ginekoloqu, professor Ahmet Cem İyibozkurt da çıxış edib.