Siyahıya daxil olan ilk türk oldu

6 May 2022 11:03 (UTC+04:00)

Məşhur türk müğənnisi Aleyna Tilkinin son mahnısı "Take It Or Leave It" yayımlandığı gün 39 ölkədə 87 pleylistə daxil olaraq rekord qırıb.

SİA xarici mətbuata istinadən xəbər verir ki, Aleyna indi də yeni uğura imza atıb.

O, rəqəmsal musiqi platforması "Spotify"ın dünya miqyasında EQUAL siyahısının üz qabığında yer alan ilk türk olub. Aleyna may ayı ərzində həm "EQUAL Turkey", həm də "EQUAL Global" playlistlərinin üz qabığında olacaq.

Ayşən Vəli