Yaponiya Böyük Britaniya ilə saziş imzaladı

5 May 2022 21:12 (UTC+04:00)

Böyük Britaniyanın Baş naziri Boris Conson Londonda Prezident Aparatında Yaponiyanın Baş naziri Fumio Kişida ilə görüşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Conson və Kişida Böyük Britaniya və Yaponiya arasında hərbi təlim və fəlakətlərin idarə olunması kimi məsələlərdə birgə fəaliyyətə imkan verəcək Qarşılıqlı Giriş Sazişi imzalayıblar.

Müqavilə ilə Böyük Britaniya və Yaponiyanın silahlı qüvvələrin təlimi və təbii fəlakətlərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi üçün birgə işin artırılmasına diqqət yetirəcəkləri bildirilib və müqavilənin Böyük Britaniya hökumətinin öhdəliyinə də toxunduğu ifadə edilib. Həmçinin bildirilib ki, Böyük Britaniya Yaponiya ilə belə bir müqavilə bağlayan ilk Avropa ölkəsidir.

Bildirilib ki, Conson və Kişida ticarət, bərpa olunan enerji və Rusiya-Ukrayna müharibəsini müzakirə edərək, Rusiyaya necə təzyiq göstərilməsi və müttəfiqlərin Rusiyanın neft və qazından daha az asılı olmasına kömək etmək məsələlərinə diqqət yetiriblər.