Hansı vərdişlər arıqlama prosesini ləngidir? - DİETOLOQ DANIŞDI

5 May 2022 19:38 (UTC+04:00)

"Bir çox insan arıqlamaqda çətinlik çəkir. Bəzi vərdişlər artıq çəkiyə səbəb olduğundan arıqlama prossesi yavaşlayır". Bu sözləri SİA-ya açıqlamasında dietoloq Sevinc Həsənzadə deyib.

Onun sözlərinə görə, bu vərdişlər arasında əsasən axşam fəaliyyətləri var: ağır şam yeməyi, gecə şokolad yemək, çox gec idman etmək və yatmazdan əvvəl atışdırmalar,fas food, şərab içmək və s. Gecələr ədviyyatlı yeməklər yemək, uzun müddət sosial şəbəkələrdə və ya televizor qarşısında vaxt keçirmək , yeməkdən sonra tum və çərəzlər tükətmək çox zərərlidir".

Dietoloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, arıqlamaq istəyənlər səhər yeməyini düzgün yeməlidir: "Səhərlər pendir, avokado və tam taxıl çörəyi kimi qidalar arıqlamağa kömək edir. Eyni zamanda, səhər yeməyində sıyıq və quru meyvələr yemək olar.

Düzgün qidalanma yalnız çəkidən deyil, həm də fiziki və hətta psixo-emosional vəziyyətdən asılı olan sağlam həyat tərzinin əsasıdır.

Sağlam həyata qədəm qoymazdan əvvəl bu məsələni daha ətraflı öyrənmək lazımdır. Bütün nüansları başa düşdükdən sonra, gündəlik həyatda yeməklə necə davranacağını başa düşmək çətin deyil. Ümumilikdə arıqlamaq üçün düzgün bəslənmənin əsasını müxtəlif, balanslaşdırılmış, fraksiyalı menyu təşkil edir. Birincisi, belə bir pəhriz cansıxıcı olmayacaq, ikincisi, bədənin hər gün ehtiyac duyduğu bütün maddələri almasına zəmanət yaranacaq. Əsas yeməkləri saxlayaraq və 2-3 qəlyanaltı əlavə edərək az miqdarda yemək lazımdır.

Uzunmüddətli saxladıqdan sonra demək olar ki, qidaların hamısı faydalı xüsusiyyətlərini itirir, buna görə gündəlik yemək almaq daha yaxşıdır.

Kilo verərkən düzgün bəslənmə üçün əsas qaydaların siyahısı təzə tərəvəz və meyvələr olmadan mövcud ola bilməz. Bu qidalar tərkibindəki lif sayəsində metabolik prosesləri yaxşılaşdırır və həzm sisteminə müsbət təsir göstərir. Vitaminlər və elementlər qidanın mənimsənilməsi və bədənin müdafiəsini gücləndirmək üçün lazımdır.

Məhsulların uyğunluğuna nəzarət etmək lazımdır. Onların bəziləri birlikdə istehlak edilə bilməz, çünki bu, bədəndə çox miqdarda toksinlərin meydana gəlməsinə səbəb olur.

Mövsümə görə yeməyi dəyişdirmək məqsədəuyğundur. Yayda pəhrizin çox hissəsi bitki mənşəli qidalardan ibarət olmalı, qışda isə yağ və zülal tərkibli qidaları istehlak etmək lazımdır".