Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklar İnstitunun “Qorqud” folklor ansamblının təşkilatçılığı və təqdimatı, Beynəlxalq Muğam Mərkəzi, Bakı Yunus Əmrə İnstitutu və Dünya Musiqisinin İncisi Muğam Ansamblının dəstəyi ilə “Yunus Əmrə Aşıqları” adlı konsert proqramı keçirilir. SİA xəbər verir ki, proqramda Yunus Əmrənin şeirlərinə bəstələnmiş mahnılar, ibrətamiz sözlər və fəlsəfi şeirlər səsləndiriləcəkdir. Bundan əlavə, Yunus Əmrənin həyat və yaradıcılığından bəhs edən qısametrajlı bir film də nümayiş olunacaqdır.