"Aprel ayının 29-da ADA Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda Azərbaycan prezidenti bir sıra mühüm strateji məsələlərə toxunaraq, dünyaya və beynəlxalq münasibətlərə xeyli sayda müxtəlif mesajlar verdi". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Onun szöləronə görə, hər şeydən öncə Azərbaycan prezidenti 30 illik münaqişə dövründə erməni vandalizmini, onun törətdiyi vəhşilikləri mədəni irsə, mənəvi irsimizə qarşı törətdiyi təxribatları bir daha dünyanın aparıcı ekspertlərinin diqqətinə çatdırdı, eyni zamanda bu konteksdə 44 günlük müharibədə əslində Azərbaycanın regionda mövcud olan erməni faşizmini sıradan çıxartdığını qeyd edərək, beynəlxalq hüququn tələblərini yerinə yetirmiş olduğunu ifadə etdi: "Şübhəsiz ki, konfransın əsas gündəmi sülhlə və inkişafla bağlı idi, çünki yeni yaranmış reallıqda mövcud konfiqurasiyanın qalıcı olması üçün, sülhün qalıcı olması üçün bu istiqamətdə hazırki tarixi mərhələdə zəruri addımların atılması lazımdır.
Azərbaycan Prezidenti məhz bu reallığa diqqət çəkərək Azərbaycanın qalib ölkə kimi niyyətini bəyan etdi və sülh gündəmini təyin edən "5 baza" prinsipindən danışdı ki, bu prinsiplərin hər biri özlüyündə beynəlxalq hüquqa əsaslanan dövlətlərarası dostluq və əməkdaşlıq münasibətlərinə əsaslanan fikirlərdir ki, hazırki mərhələdə regionda sülhün başqa alternativi yoxdur. Ona görə də, Prezidentin bu fikirləri şübhəsiz ki, dünyanın 23 ölkəsindən gəlmiş müxtəlif ekspertlər tərəfindən çox diqqətlə dinlənildi və eyni zamanda qlobal informasiya məkanında da gündəmə çevrildi. Azərbaycan Respublikasının Prezidenti yeni yaradılmış reallıqlar kontekstində regiounun gələcəyilə bağlı da öz fikirlərini ifadə etdi və eyni zamanda regionda sülhün mümükün inşası ilə bağlı iştirak edəcək qonşu dövlətlərin Azərbaycanla münasibətlərinə toxundu. Bu konteksdə Rusiya və Türkiyənin iştirakçılığını yüksək qiymətləndirərək, irəli sürülən “3+3” əməkdaşlıq formatının olduqca perspektivli olduğunu qeyd etdi. Bütün bunlarla belə Azərbaycanın prezidenti Ermənistanda olan revanşistlərin və radikalların sülhü təhdid etdiyini, bunun isə regional təhlükəsizliyə təhlükə yaratdığını qeyd etdi. Və bütün hallarda Azərbaycanın verdiyi mesajlar yeni sülh və əməkdaşlıq istiqamətində oldu ki, Cənubi Qafqazın gələcəyini də məhz Azərbaycan bu istiqamətdə inşa edərək yeni bir regional geostrateji arxitektura yaradacaqdır".