5 May "Xalçaçı günü" Milli Xalça Muzeyində qeyd olunur - YENİLƏNİR

5 May 2022 12:14 (UTC+04:00)

Bu gün Azərbaycan Milli Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramı qeyd olunacaq. Bu münasibətlə muzeydə toxunan“Düşüncələr” adlı xalçanın qədim ənənələrə uyğundəzgahdan kəsimi, naxışlı həsirin toxunması üzrə ustaddərsi və “Uçan xalça” marionet tamaşasının premyerası keçirilir. SİA xəbər verir ki, “Düşüncələr” adlı xalça 2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar Azərbaycan Milli Xalça Muzeyi və Heydər Əliyev Fondunun birgə təşkil etdiyi beynəlxalq xalça eskizi müsabiqəsinin qalibi olan rəssam Eldar İbadullayevin eskizi əsasında toxunub.