Alman şirkəti hava taksisi buraxmağı planlaşdırır

5 May 2022 04:22 (UTC+04:00)

Gələn il bir neçə şirkət kommersiya məqsədli daşımaların sertifikatlaşdırılması məqsədilə şaquli qalxan və enişli elektrik təyyarələrinin eyni vaxtda sınaqlarını keçirəcək.

SIA xarici saytlara istinadla xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında da yerləşən “Joby Aviation” şirkəti təqribən 240 kilometr məsafə qət edən 10-dan çox beşyerlik hava taksisi istehsal etmək niyyətindədir.

Bundan başqa, Almaniyanın “Volocopter” şirkəti də 2024-cü il Olimpiadasında hava taksisi buraxmağı planlaşdırır.