Fibromialgiya nədir və kimlərdə rast gəlinir? - DİQQƏT! - FİZİOTERAPEVT AÇIQLADI

4 May 2022 12:43 (UTC+04:00)

“Günümüzdə insanlar əzələ ağrılarından, oynaq ağrılarından, gərginlikdən, yorğunluqdan və yuxusuzluqdan şikayət edirlər, bu halda həyat fəaliyyəti keyfiyyəti aşağı düşür. Çox zaman bu problemləri gündəlik iş rejimi və günlük qayğılarla əlaqələndirib, həkimə müraciət etmirlər”. Bu sözləri SİA-ya açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Fizioterapiya bölməsinin rəisi, tibb xidməti mayoru Şəhla Qafarova bildirib.

Onun sözlərinə görə, əslində isə bu Fibromialgiya sindromu adlanan xəstəliklər toplusudur:

“Fibromialgiya - “phibro"-lifler, "mya"- əzələlər, "algos-yayılmış, simmetrik və xroniki əzələ ağrılarıdır.

Fibromialgiya günümüzdə geniş yayılmışdır. Proses əsasən 30-50 yaşlarında inkişaf edir, lakin uşaq və ahıl yaşlarda da rast gəlinir.

Qadınlar kişilərdən emosional həssas olduqları üçün, qadınlarda kişilərdə 7 dəfə artıq təsadüf edilir.

Fibromialgiyanın yaranma səbəbləri aşağıdakılardır:
1.Fiziki və emosional stress faktoru;
2.Sevdiyin insanları itirmək;
3.Boşanma;
4.Davamlı ağrı hissi (məsələn doğuş ağrısı)
5.Damarların pataloji dəyişiklikləri; 6.Civə zəhərlənmələri;
7.Genetik meyillilik və s.

Fibromialgiyanın əlamətləri:
1.Üç aydan artıq çəkən sümük əzələ ağrıları;
2.Əldə və ayaqda keyləşmə, tikan batma;
3.Oynaqlarda ağrı;
4.Əzələdə yığılmalar;
5.Səhərlər yuxudan oyananda nəzərə çarpacaq dərəcədə maximum yorğunluq hissi;
5.Baş ağrısı;
6.Yuxu pozğunluğu;
7.Depressiya

Bu əlamətlər uzun müddət davam edib, müalicə alınmadığı zaman, vəziyyyət ağırlaşaraq:
1.Narahat ayaqlar sindromu;
2.Qıcıqlanmış bağırsaq sindromu (bu halda yemək yeyən zaman daim turşuluğun artması, qaz, köpün olması)
3.Apnoe (tənəffüs hərəkətinin qısamüddətli dayanması)
4.Davamlı stress ve həyəcanlı vəziyyət kimi hallar baş verir.

Xəstəliyin daha da güclənməməsi və vəziyyətin daha da ağırlaşmaması üçün, ilk əzələ, oynaq ağrıları, yorğunluq kimi əlamətlər olan kimi həkimə müraciət etmək lazımdır.

Fizioterapevtik müalicə tədbirləri elektroterapiya, hirudoterapiya (zeli), masaj, müalicəvi idman və s. ilə aparılaraq xəstəliyin proqnozunda qənaətbəxş nəticələr alınır.

Sağlam yaşamaq hər kəsin haqqıdır”.