Azərbaycanda yeni medal təsis edilir

4 May 2022 11:57 (UTC+04:00)

Azərbaycanda yeni medal təsis edilir.

SİA-nın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin mayın 5-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Belə ki, iclasda “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılacaq.