Ukraynanın Rovno şəhərində yanacaq daşıyan yük maşını, avtobus və minik avtomobilinin toqquşması ilə baş verən qəzada 16 nəfərin öldüyü, 6 nəfərin yaralandığı bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə Ukraynanın Rovno şəhərinin Dubenski rayonunun Sitnoye kəndi yaxınlığında baş verib.
Milli Polisin verdiyi açıqlamada, toqquşmanın təsiri ilə qəzada avtomobillərin alovlandığı, ilkin araşdırmalara görə qəzada 16 nəfərin həyatını itirdiyi, 6 nəfərin isə yaralandığı bildirilib.
Qeyd edək ki, hadisə səbəbindən yol nəqliyyat üçün bağlanılıb.