Rusiyanın paytaxtı Moskvada ölkənin ən böyük mətbəə anbarlarından birində gecə saatlarında yanğın baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiyada məktəblərdə istifadə olunan dərslik və digər çap materiallarının olduğu anbarda baş verən yanğın qısa zamanda böyüyüb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən göndərilsə də, uzun mübarizədən sonra yanğın nəzarət altına alınıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi rəsmi açıqlamada obyektlərin yerləşdiyi ümumi ərazinin 112 hektar olduğu, 520 kvadratmetrlik anbarın 33 min 800 kvadratmetr hissəsinin tamamilə yandığı bildirilib.
Yanğının səbəbi məlum olmasa da, hadisə ilə bağlı araşdırmalara başlanılıb.