Abort hüququ ilə bağlı xəbər etirazlara səbəb olub

3 May 2022 13:22 (UTC+04:00)

ABŞ Konstitusiya Məhkəməsinin ölkə daxilində abort hüququnu qoruyan qanunu dəyişdirə biləcəyi xəbəri paytaxt Vaşinqtonda etirazlara səbəb olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, 1973-cü ildə “Roe Vade-ə qarşı” kimi tanınan qətnamə abortun konstitusiya hüququ kimi əsasını qoydu. Hakim Samuel Alito tərəfindən yazıldığı iddia edilən sənəd təsdiqlənərsə, bu, məhkəmə tarixində bir ilk olacaq.

Abort hüququnu müdafiə edən şəxslər Nümayəndələr Palatasının binası qarşısında toplaşaraq abort hüququnu hədəf alan sənədə reaksiya bildiriblər. Etirazda bir çox insan əllərində “Bədənimdən qadağaları götürün”, “Qadın hüquqları insan haqlarıdır” və “Mənim bədənim mənim qərarımdır” yazılı plakatlar qaldırıb.