Nino Bakıda konsert verəcək...

3 May 2022 01:51 (UTC+04:00)

İyunun 25-də Bakıda, Heydər Əliyev Sarayın səhnəsində Gürcüstanın məşhur caz müğənni və bəstəkarı Nino Katamadzenin konsertcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə artıq konsertin təşkilatçıları məlumat yayıblar.

Qeyd edək ki, gürcüstanlı sənətçi sonuncu dəfə 2017-ci ildə Azərbaycanda çıxış edib.

Yayda isə Katamadze azərbaycanlı tamaşaçıları yeni proqramla sevindirəcək.

Yeri gəlmişkən konsertin təşkilatçıları tamaşaçıları sürprizin gözlədiyini də bildiriblər. Lakin hansı sürprizin olacağı hələlik sirr olaraq saxlanılır.

Nazlı Almuradova