Ölkə başçısı və Birinci xanım hər zaman şəhid və qazi ailələrinin yanındadır - MÜNASİBƏT BİLDİRİLDİ

2 May 2022 17:43 (UTC+04:00)

“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak ediblər. Bu bir daha onu göstərir ki, həm cənab Prezident, həm də Birinci xanım daim şəhid ailələrinə yüksək diqqət və qayğı göstərirlər. Bu gün qeyri iş-günü olmasına baxmayaraq onlar bayram gününü şəhid ailələri ilə keçirməyə üstünlük veriblər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, ölkə başçısı və Birinci xanım hər zaman şəhid və qazi ailələrinin yanındadır: “Cənab Prezident ad günləri və digər əlamətdar günləri hər zaman şəhid və qazi ailələri ilə birlikdə keçirib”.

Deputat sözlərinə belə davam edib: “Ramazan ayında bu cür addımın atılması da xüsusi əhəmiyyət kəsb edir. Bu ay həm də xeyir əməllər ayıdır. Bu Allah tərəfindən də yüksək qiymətləndirilir”.

Ayşən Vəli