İlham Əliyev və Mehriban Əliyeva Sabunçuda məktəbin açılışında iştirak ediblər - YENİLƏNƏCƏK

2 May 2022 14:48 (UTC+04:00)

Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunda inşa edilən 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.