Çin fəzaya 5 “JILIN-1” Yer müşahidə peykini göndərdi

2 May 2022 01:26 (UTC+04:00)

Çin kosmosa 5 ədəd “JILIN-1” peyki göndərib ki, bu da “Gaofın” Yer müşahidə peyk şəbəkəsinin bir hissəsini təşkil edəcək.

SİA xəbər verir ki, “Sinxua” xəbər agentliyinin yazdığına görə, peyk “Long March 11” raketi ilə Şərqi Çin dənizində qurulan platformadan buraxılıb.

Bildirilib ki, peyklər planlaşdırılan orbit mövqeyinə çatıb.

Buraxılış “Long March” raketləri ilə 418-ci uğurlu kosmik missiyadır.

Peyklər Yerin izlənilməsi, şəhərsalma və fəlakətlərin monitorinqi məqsədləri üçün məsafədən zondlama xidmətləri göstərmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, Çin Yer kürəsini peykdən daha aydın şəkildə müşahidə etmək üçün ilk dəfə 2010-cu ildə “Gaofın” peykləri istehsal etməyə başlamış, ilk peyki “Gaofin-1”i 2013-cü ildə kosmosa göndərmişdi.