Peyvənd olunanların sayı açıqlanıb

30 Aprel 2022 16:43 (UTC+04:00)

Azərbaycanda son sutkada koronavirus əleyhinə 4 092 vaksin vurulub. Bu barədə SİA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 415, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 418, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 947, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 312 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 649 741, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 340 053, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 840 220 üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 229 389, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 240 079 nəfər təşkil edir.