Tez kilo vermənin yolları - DİQQƏT!

30 Aprel 2022 12:28 (UTC+04:00)

Arıqlamaq üçün hər bir bədən fərqlidir və bəzi kilolar həqiqətən inadkardır. Bundan əlavə bir çox hallarda sürətli arıqlamaq kifayət etmir, tez, qalıcı və sağlam şəkildə arıqlamaqla fit bədənə sahib ola bilərsiniz. Bəs tez arıqlamağa başlamaq üçün nələr etməliyik?
1. Motivasiya
Sürətlə arıqlamaq üçün əlbəttə ki, motivasiya birinci yerdədir. Bunu yüngül qəbul etməyin, ideal bədənə nail olmaq üçün ən güclü təsir sizin motivasiyanızdır. Arıqlamaq üçün motivasiyanızı artırın və onu hər zaman yüksək saxlamaq üçün bəzi taktikalardan istifadə edin.
2. Planlama
Bu yolda kifayət qədər əzm və motivasiyanız varsa, ikinci mərhələdə plana ehtiyacınız olacaq. Özünüzə məqsəd qoymaq və bu yolda irəliləmək çox vacibdir.

3. İdman
Bəli, idmandan qaçmaq olmaz. Sürətlə arıqlamaq üçün ən vacib şeylərdən biri də idmandır. Hərəkət etmək təkcə kalori yandırmır, həm də əzələlərinizi gücləndirir və bazal metabolizm sürətinizi artırır. Sürətlə arıqlamaq üçün yeriyin, qaçın, rəqs edin, pilləkənlərə qalxın, velosiped sürün, üzgüçülük edin, ayağa qalxın.