İnsanı xoşbəxt edəcək dörd amil...

30 Aprel 2022 08:11 (UTC+04:00)

Amerikalı psixiatr Daniel Amen “RT” telekanalında insana xoşbəxtlik tapmağa kömək edəcək dörd sahə haqqında danışıb.

SİA bunların nə olduğunu bulmağa baş vurur. Beləliklə...

Birincisi biolojidir. Burada beyin sağlam olmalıdır. Heç bir halda zədələnməməlidir.

İkincisi psixolojidir. Amin, ağlın nizam-intizamının çox vacib olduğuna inanır. Beyni həddindən artıq yükləmək olmaz və onun tənbəl olmasına icazə vermək olmaz.

Üçüncüsü sosial sahədir. Alimin fikrincə, rahatlıq tapmağın ən asan yolu əsəblərinizi yormayan, psixi cəhətdən sağlam bir insanın yanında mümkün qədər çox vaxt keçirməkdir.

Dördüncüsü, mənəvi aləmdir. Buraya insanın xəyalları da daxildir. Doktor Amen, məqsədyönlü insanların sağlam beyinləri olmasa da, daha uzun ömür sürdüyünü müdafiə edir.

Bütün yuxarıda deyilənləri yekunlaşdıran psixiatr qeyd etdi ki, yalnız bu dörd sahədə tam nizam olduqda insan tam xoşbəxt ola bilər.

Nazlı Almuradova