Xalq artisti Elçin Əzizov “BraVo” mükafatına layiq görülüb

30 Aprel 2022 02:21 (UTC+04:00)

Azərbaycanın Xalq artisti, Rusiya Böyük teatrının solisti Elçin Əzizov “BraVo” mükafatına layiq görülüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “BraVo” Beynəlxalq Peşəkar Musiqi mükafatının builki laureatlarına qızılı not açarı təqdim olunub. Mükafatın təntənəli təqdimat mərasiminin aprelin 24-də Böyük teatrda keçirilməsi nəzərdə tutulmuşdu. Lakin mərasim sonradan təxirə salınıb və mükafatları onlayn formatda təqdim etmək qərara alınıb.

Elçin Əzizov klassik səhnənin ən populyar nümayəndələrindən biri kimi mükafata layiq görülüb.

Laureatlar arasında Rusiya, Belarus, Çin, Türkiyə, Misir və digər ölkələrin təmsilçiləri var.