Yeni növ koronavirus (Covid-19) epidemiyasından sonra Afrikada peyvəndlə qarşısı alına bilən xəstəliklərin sayında artım qeydə alınıb.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bu barədə açıqlama verilib. Bildirilib ki, Afrikada “Covid-19” səbəbiylə digər epidemiya xəstəliklərə qarşı peyvənd tədbirlərinə biganə qalınıb. Bu da fərqli xəstəliklərin sürətlmə yayılmasına səbəb olub. Açıqlamada qitədə 2022-ci ilin birinci rübündə əvvəlki ilin müvafiq dövrünə müqayisədə qızılca hadisələrinin 400 faiz artaraq təxminən 17.500-ə çatdığına, Sarı qızdırma və poliomielit kimi peyvəndlə qarşısı alına bilən xəstəliklərdə artım qeydə alındığına diqqət çəkilib və 2019-cu ildə 3 ölkədə sarı qızdırma müşahidə edilərkən, bunun 2021-ci ildə 13 ölkəyə yayıldığı vurğulanıb.
ÜST-nin Afrika qitəsi üzrə direktoru Matshidiso Moeti, peyvəndlə qarşısı alına bilən xəstəliklərdə artımın qəydə alınması xəbərdarlıq əlamətidir deyib və peyvənd işlərinin davam etdirilməsinin vacib olduğunu vurğulayıb.