Qırğızıstanın yeni xarici işlər naziri təyin edilib

29 Aprel 2022 22:18 (UTC+04:00)

Qırğızıstan Prezidenti Sadır Japarov Jeenbek Kulubayevin xarici işlər naziri təyin edilməsi haqqında fərman imzalayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Aprelin 22-də Japarov Ruslan Kazakbayevi xarici işlər naziri vəzifəsindən azad edib. Sabiq nazir iki dəfə xarici siyasət idarəsinə rəhbərlik edib. Birinci dəfə – 2010-2012-ci illərdə, ikinci – 2020-ci ildən 2022-ci ilə qədər. Kazakbayevin istefasının səbəbləri barədə məlumat verilmir.