MFÖ türk musiqi qrupunun üzvü Özkan Uğur daha əvvəl iki dəfə xərçəngə qalib gəlmişdi. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, indi də pərəstişkarlarına bəd xəbər verib.
Uğur səhhətini “Instagram” paylaşımı ilə açıqlayıb: "Köhnə xəstəliyim təkrarlandığı üçün dərman terapiyasına başladım. Bu prosesdən ən faydalı nəticə əldə etmək üçün bir müddət izdihamdan və yorucu tempdən uzaq durmalıyam. Ona görə də konsertlərimizi bir müddət təxirə salmalı oluruq. Tezliklə və sevgimlə görüşmək ümidi ilə..."
Ayşən Vəli