Türkiyənin turizm gəlirində artım qeydə alınıb

29 Aprel 2022 19:56 (UTC+04:00)

Türkiyənin turizm gəliri cari ilin birinci rübündə əvvəlki ilin müvafiq dövrünə müqayisədə 122,4 faiz artıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Türkiyə Dövlət Statistika Komitəsinin 2022-ci ilin yanvar-mart aylarını əhatə turizm statistikasına görə turizm gəlirləri əvvəlki ilin müvafiq dövrünə müqayisədə 122,4 faiz artaraq 5 milyard 454 milyon 488 min dollar oldu. Turizm gəlirlərinin 76,5 faizi (mobil telefon rouminqi və marina xidməti xərcləri istisna olmaqla) xarici qonaqlardan, 23,5 faizi isə xaricdə yaşayan vətəndaşlardan əldə edilib.