Yanğınla bağlı tədbirlər görülür

29 Aprel 2022 13:56 (UTC+04:00)

Dünən saat 17:20 raddələrində Bakı-Quba yolunun 37 kilometrliyində yerləşən "Azərsun" Sənaye Parkı kompleksinin ərazisində yanğın hadisəsi baş verib. SİA xəbər verir ki, səhər saatlarından FHN-nin əməkdaşları ərazidədir. Onlar hazırda yanğın yerində bəzi hallarda alovlanan yanğının qarşısını almağa çalışırlar.